Xəbər verdiyimiz kimi, noyabrın 7-də Vaşinqtonda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında görüş keçirilib. Nazirlərin ABŞ dövlət katibi Entoni Blinken ilə birgə görüşü də baş tutub. “Xəzər” televiziyası həmin görüş barədə nazirdən eksklüziv açıqlama alıb.
Bizim.Media xəbər verir ki, Ceyhun Bayramov Ermənistanla Azərbaycan arasında fikir müxtəlifliyinin olduğunu bildirib.
MÖVZU İLƏ BAĞLI:
“ABŞ Azərbaycanla Ermənistan arasında sülh danışıqlarına sadiqdir” – Blinken
Onun sözlərinə görə, yanaşmalarda da fərqlilik mövcuddur:
“Ancaq bu proses və danışıqlar davam edəcək. Düşünürəm ki, müəyyən dövrdən sonra Azərbaycan növbəti versiyanı hazırlayıb qarşı tərəfə təqdim edəcək”.
Bizim.Media