Rusiya “İsgəndər”lərin yerini İran istehsalı raketlərlə doldurur – Ukrayna KƏŞFİYYATI  

Rusiya “İsgəndər”lərin yerini İran istehsalı raketlərlə doldurur – Ukrayna KƏŞFİYYATI  

Hazırda oxunan: Rusiya “İsgəndər”lərin yerini İran istehsalı raketlərlə doldurur – Ukrayna KƏŞFİYYATI  

103215

“Rusiyada 120 “İsgəndər” raketi qalıb. Rusiya müasir raketlərinin təxminən 80 faizindən istifadə edərək , Ukraynadakı obyektləri atəşə tutublar”. 

Bizim.Media “tsn.ua” nəşrinə istinadən məlumat varib ki, Bu barədə Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsinin nümayəndəsi Vadim Skibitski “The Economist”ə şərhində bildirib. 

Bununla belə, mənbə yazır ki, Rusiya Federasiyasının İrandan yeni raket tədarükü səbəbindən hücumlarını ikiqat artıra bilmə potensialı var. Ukrayna kəşfiyyatında Kremlin guya İrandan “Fateh-110” və “Zülfüqar” ballistik raketləri almaq planları barədə məlumat var. Yeni tədarük edilən raketlər əvvəlcə Krıma, sonra isə Rusiyanın Xəzərdəki limanlarına göndəriləcək. 

"Biz bilirik ki, artıq razılaşmalar əldə olunub. Biz onu da başa düşürük ki, düşmən dövlət bizim infrastrukturumuza, ilk növbədə enerjiyə kütləvi hücumların mümkün təkrarlanması üçün qüvvə və vasitələri cəmləşdirir. Xüsusilə, bunun üçün Rusiyaya İran raketləri lazım idi", - Skibitski deyib. 
O vurğulayıb ki, Ukraynanın İran raketlərinə qarşı effektiv müdafiəsi yoxdur, ona görə də ölkəsinin müasir hava hücumundan müdafiə sistemlərinə ehtiyacı var. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO