Boksçularımız Polşada beynəlxalq turnirdə mübarizəyə başlayacaq

Boksçularımız Polşada beynəlxalq turnirdə mübarizəyə başlayacaq

Hazırda oxunan: Boksçularımız Polşada beynəlxalq turnirdə mübarizəyə başlayacaq

103188

Noyabrın 9-da Polşanın Keltse şəhərində boks üzrə beynəlxalq turnir start götürəcək. 

Azərbaycan Boks Federasiyasından Bizim.Media-ya verilən məlumata görə, 5 gün davam edəcək yarışda milli 13 idmançı ilə təmsil olunacaq. 

Yığmanın məşqçilər korpusu yarışda Məsud Yusifzadə (51 kq), Ruslan Qədirov (54 kq), Ümid Rüstəmov (57 kq), Tayfur Əliyev (60 kq), Malik Həsənov (63,5), Nəbi İsgəndərov (67 kq), Sərxan Əliyev (71 kq), Mirşərif Kazımzadə (75 kq), Murad Allahverdiyev (80 kq), Eldar Əliyev, Alfonso Dominqes (hər ikisi 86 kq), Rauf Rəhimov (92 kq) və Məhəmməd Abdullayevə (+91 kq) şans verəcək. 

Bu gün Polşaya yollanan boksçular noyabrın 14-də Vətənə dönəcək. 

Qeyd edək ki, yarışın püşkü noyabrın 8-də atılacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO