Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə qızıl medal QAZANDI 

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə qızıl medal QAZANDI 

Hazırda oxunan: Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə qızıl medal QAZANDI 

103165

Azərbaycan millisinin iki bədii gimnastı Litvanın Vilnüs şəhərində keçirilən “Dalia Kutkaite” beynəlxalq turnirində qızıl medal qazanıb. 

Bizim.Media Azərbaycan Gimnastika Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, Alina Məmmədova çoxnövçülük, top (26.150 xal) və gürzlərlə (26.250 xal) hərəkətlərin icrasında qızıl medala sahib çıxıb. 

Kamilla Seyidzadə lentlə qızıl (24.850 xal), halqa ilə (24.000 xal) gümüş medala yiyələnib. 

Leyli Ağazadə isə lentlə (27.850 xal) gümüş, halqa (27.050 xal), top (27.800 xal), gürzlərlə (24.600 xal) hərəkətlərin icrasında və çoxnövçülükdə bürünc medal əldə edib. 

Alina Məmmədova həmçinin “Miss ekspressiya” titulu ilə də mükafatlandırılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO