Bu gün Çempionlar Liqasında növbəti mərhələnin püşkü atılacaq

Bu gün Çempionlar Liqasında növbəti mərhələnin püşkü atılacaq

Hazırda oxunan: Bu gün Çempionlar Liqasında növbəti mərhələnin püşkü atılacaq

103162

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılacaq. 

Bizim.Media xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək mərasim Bakı vaxtı ilə saat 15:00-da başlayacaq. 

Püşkdə qrup mərhələsini ilk pillədə başa vuran komandalar iştirak edəcəklər. Qrup birinciləri səpələnmişlər, ikinci yerin sahibləri səpələnməmişlər səbətində yer alacaq. 

Səpələnmişlər: “Bavariya” (Almaniya), “Benfika”, “Portu” (Portuqaliya), “Çelsi”, “Mançester Siti”, “Tottenhem” (hamısı İngiltərə), “Napoli” (İtaliya). 

Səpələnməmişlər: “Brügge” (Belçika), “Borussiya” (Dortmund), “Ayntraxt”, “Leypziq” (hamısı Almaniya), “İnter” (İtaliya), “Milan” (İtaliya), “Liverpul” (İngiltərə), PSJ (Fransa). 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO