Bu günə qədər İpoteka və Kredit Zəmanət Fondu (İKZF) 41 576 borcalana 2 milyard 359,875 milyon manat kredit verib.
Bizim.Media xəbər verir ki, bu barədə İKZF-nin açıqlamasında bildirilir.
Bundan başqa, qurum bəyan edib ki, indiyə qədər 324,676 milyon manat məbləğində biznes kreditlərinə zəmanət verilib, 2 796 mənzil isə kirayəyə vermək yolu ilə realizə edilib.
Xatırladaq ki, Fond 2017-ci ilin sonunda “Azərbaycan İpoteka Fondu” və “Kredit Zəmanət Fondu” ASC-lərin birləşməsi nəticəsində yaradılıb və onların hüquqi varisidir.
Fond milli maliyyə təsisatlarına uzunmüddətli subsidiyalaşdırılmış ipoteka kreditlərinin verilməsi və ucuz maliyyə resurslarına çıxışın təmin edilməsi ilə bağlı likvidlik dəstəyini verən dövlət agenti kimi fəaliyyət göstərir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:31 / 07.11.2022
Azərbaycanda dövlət xəttilə kirayəyə verilmiş mənzillərin sayı AÇIQLANIB
Hazırda oxunan: Azərbaycanda dövlət xəttilə kirayəyə verilmiş mənzillərin sayı AÇIQLANIB
Hazırda oxunan: Azərbaycanda dövlət xəttilə kirayəyə verilmiş mənzillərin sayı AÇIQLANIB
103160
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.