Şuşa döyüşlərində şəhid olan qəhrəmanın anım mərasimi keçirildi - FOTO

Şuşa döyüşlərində şəhid olan qəhrəmanın anım mərasimi keçirildi - FOTO

Hazırda oxunan: Şuşa döyüşlərində şəhid olan qəhrəmanın anım mərasimi keçirildi - FOTO

103084

Bu gün Vətən müharibəsində ərazi bütövlüyümüz uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Əziz Əzizovun anım günüdür. 

Əziz Əzizov 1 mart, 2000-ci ildə Şəkiinin Qayabaşı kəndində anadan olub. Orta təhsilini Qayabaşı kəndindəki orta məktəbdə alıb. 2020-ci il sentyabr ayının 29-u könüllü olaraq Qarabağ uğrunda döyüşlərə qatılıb.
Azərbaycan Ordusunun 44 günlük Vətən Müharibəsində əldə etdiyi qələbədə, düşmənin məhv edilməsində və ərazilərimizin işğaldan azad olunmasında aktiv iştirak edən hərbçilərimizdən biri də  Əziz olub.  O, Cəbrayıl, Qubadlı, Laçın uğrunda gedən döyüşlərdə iştirak edib və noyabr ayının 5-i Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Əziz Əzizov ölümündən sonra "Vətən uğrunda"  "Cəbrayılın azad olunmasına görə" , "Qubadlının azad olunmasına görə", "Laçının azad olunmasına görə" və  "Hərbi xidmətlərə görə"  medalları ilə təltif edilib.
Şəhidin anım günündə Yeni Azərbaycan partiyasının rayon rəhbərliyi, kənd sakinləri Qayabaşı kəndində yerləşən məzarını ziyarət edərək, əziz xatirəsini ehtiramla yad edib, ailə üzvləri ilə görüşərək onların qayğıları ilə və maraqlanıb.

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bölgəsi





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO