Şəhid atası: \

Şəhid atası: \"Oğlumun medal alması xəbərinə ailəlikcə sevindik\" - FOTO

Hazırda oxunan: Şəhid atası: \"Oğlumun medal alması xəbərinə ailəlikcə sevindik\" - FOTO

103066

Ötən gün Azərbaycan Prezidenti İlham Əliyevin təltif etdiyi  Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən əməliyyatlarda şəhid olmuş hərbi qulluqçular arasında Qusarın Mucuq kənd sakini olan 24 yaşlı Şair Heydərov da var.

Şair Heydərov bu ilin  sentyabr ayında Ermənistanla dövlət sərhədimizdə düşmən təxribatının qarşısını alarkən şəhid olub.

Şəhid Şairin atası Camal Heydərov Bizim.Media-nın sorğusuna cavab olaraq bildirdi ki,"bu gün səhər mənə Bakıdan, Müdafiə Nazirliyindən zəng vurmuşdular.

Oğlum Şairin Ali Baş Komandanımız İlham Əliyev  tərəfindən "3-cü dərəcəli Rəşadət" ordeni və "Vətən uğrunda" medalı ilə təltif edildiyini dedilər. Bu xəbərə ailəlikcə sevindik, qürur hissi keçirdim".

Şəhid atası Camal Heydərov göstərilən diqqət üçün Azərbaycan Prezidentinə təşəkkür edib.

Qeyd edək ki, hərbi qulluqçu Şair Heydərov iki bacının qardaşı idi. Ailəli olan Şairin hamilə həyat yoldaşı bu günlərdə  şəhidin qız yadigarını dünyaya gətirəcək.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu









© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO