"Azərsu" bu tarixlərdə gücləndirilmiş iş rejimində İŞLƏYƏCƏK 

Hazırda oxunan: "Azərsu" bu tarixlərdə gücləndirilmiş iş rejimində İŞLƏYƏCƏK 

103028

"Azərsu" ASC qarşıdan gələn 8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Günündə (qeyri-iş günlərində) gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Bu barədə Bizim.Media-ya qurumdan bildirilib.

Məlumata görə, bayram günlərində mərkəzi idarə aparatında, regional və yerli sukanal idarələri və sahələrində 24 saatlıq növbətçilik təmin olunacaq. Bu məqsədlə “Azərsu”yun sədr müavinləri, department və şöbə rəisləri səviyyəsində növbətçilik cədvəli təsdiq olunub.
Bildirilib ki, bayram və qeyri-iş günlərində əhalinin içməli su ilə təchizatında dayanıqlılığın təmin olunması üçün bütün təşkilatı və texniki tədbirlər görüləcək, qəza xidmətləri fasiləsiz fəaliyyət göstərəcək.

Bayram günlərində hidrotexniki qurğularda, anbarlarda və magistral xətlərdə hər hansı planlı təmir-bərpa, qoşulma və profilaktik işlər aparılmayacaq.

"İstehlakçılardan xahiş olunur içməli su təchizatı və kanalizasiya xidmətlərində yaranacaq problemlərlə əlaqədar 955 Zəng Mərkəzinə müraciət etsinlər", - deyə məlumatda qeyd olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO