Bakıda güləş üzrə dünya çempionatı davam edir.
Bizim.Media xəbər verir ki, yunan-Roma güləşi üzrə Azərbaycan millisi turnirdə finala yüksəlib. Komandamız B qrupunda gərgin keçən qarşılaşmada dünya yığmasına qalib gəlib.
Görüş 5:5 hesabı ilə başa çatıb. Buna görə də əlavə göstəricilərə baxılıb. Əlavə göstəricilərdə daha üstün olan Azərbaycan millisi finala vəsiqə qazanıb - 22:19.
Qeyd edək ki, yığma qızıl medal uğrunda İran komandası ilə üz-üzə gələcək. Serbiya seçməsi koronavirusa kütləvi yoluxmaya görə yarışa qatılmadığı üçün texniki məğlubiyyət alıb.
Bizim.Media

- A-
- A
- A+
İdman
22:03 / 05.11.2022
Dünya Kuboku uğrunda Azərbaycan İranla QARŞILAŞACAQ
Hazırda oxunan: Dünya Kuboku uğrunda Azərbaycan İranla QARŞILAŞACAQ
Hazırda oxunan: Dünya Kuboku uğrunda Azərbaycan İranla QARŞILAŞACAQ
103021
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.