Azərbaycana qarşı yeni düşmənçilik hərəkətlərinə yol verilməməsi üçün bütün lazımi tədbirlər görüləcək - RƏSMİ 

Azərbaycana qarşı yeni düşmənçilik hərəkətlərinə yol verilməməsi üçün bütün lazımi tədbirlər görüləcək - RƏSMİ 

Hazırda oxunan: Azərbaycana qarşı yeni düşmənçilik hərəkətlərinə yol verilməməsi üçün bütün lazımi tədbirlər görüləcək - RƏSMİ 

102996

Milli Məclis 8 Noyabr − Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edib.

Bizim.Media xəbər verir ki, bəyanatda bir sıra məsələlərlə yanaşı, Qarabağda və Şərqi Zəngəzurda geniş vüsət alan bərpa-quruculuq işlərindən bəhs edilib.

“Bu gün qalib Azərbaycan xalqı Vətən müharibəsində göstərdiyi hünərləri Qarabağda və Şərqi Zəngəzurda geniş vüsət alan bərpa-quruculuq işlərində də göstərir. İşğal dövründə viran qoyulmuş torpaqlarımıza yeni həyat gəlir.
 

MÖVZU İLƏ BAĞLI:

Bəyanat: “Azərbaycan beynəlxalq təşkilatların qərarlarının icrasını qan bahasına təmin edib”


Məcburi köçkünlərin doğma yurdlarına qaytarılmasına yönələn nəhəng layihələr həyata keçirilir. Şəhər və kəndlərin təməli qoyulur, yeni yaşayış məntəqələri ilk sakinlərini qəbul edir. İnfrastruktur yaradılır, sənaye müəssisələri, digər obyektlər istifadəyə verilir, kənd təsərrüfatı dirçəldilir. Yollar, körpülər, tunellər çəkilir”.

Bildirilib ki, artıq həmin bölgədə iki beynəlxalq hava limanı istifadəyə verilib. Zəngəzur dəhlizinin açılmasına hazırlıq görülür və bütün bunlar Şərqlə Qərb arasında əlaqələndirici rol  oynayan Azərbaycanın tranzit ölkə kimi potensialının daha da güclənməsini təmin edəcəkdir.

Bəyanatda qeyd edilib ki, regionda yerləşən ölkələr arasında iqtisadi və nəqliyyat əlaqələrinin bərpa edilməsi, yeni nəqliyyat kommunikasiyalarının inşası, bölgənin logistika mərkəzinə çevrilməsi Azərbaycanla bərabər, qonşu dövlətlərin də iqtisadi inkişafına kömək göstərəcəkdir.
“Azərbaycan Respublikası Vətən müharibəsində qazanılmış tarixi Zəfərin nailiyyətlərini qorumaq, xalqımıza və dövlətimizə qarşı yeni düşmənçilik hərəkətlərinə yol verməmək üçün bundan sonra da bütün tədbirləri görəcək".

Qeyd edək ki, deputatlar səs çoxğulu ilə sənədi təsdiqləyiblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO