“Ermənistan üçtərəfli bəyanatın Laçın dəhlizi ilə bağlı maddəsini pozur” - Ceyhun Bayramov 

“Ermənistan üçtərəfli bəyanatın Laçın dəhlizi ilə bağlı maddəsini pozur” - Ceyhun Bayramov 

Hazırda oxunan: “Ermənistan üçtərəfli bəyanatın Laçın dəhlizi ilə bağlı maddəsini pozur” - Ceyhun Bayramov 

102954

“İndiyədək Laçında 1400-dən artıq mina aşkarlanıb, gələcəkdə bunların sayı nə qədər olacaq bilinmir. Bu beynəlxalq hüquq və prinsiplərin, üçtərəfli bəyanatın aşkar pozuntusudur”. 

Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib. 

O, Ermənistan üçtərəfli bəyanatın Laçın dəhlizi ilə bağlı maddəsini pozduğunu deyib: 

“Minaların bu ərazilərə gətirilməsi təxribatın davam etdirilməsi deməkdir. Bu həmdə Laçın koridorundan başqa məqsədlər üçün istifadə olunduğu deməkdir. Eyni zamanda, Laçın dəhlizinin başqa məqsədlər üçün istifadə olunduğu deməkdir.
Bilirsiniz ki, Laçın dəhlizi yalnız üç istiqamətdə, vətəndaşlar, nəqliyyat və yüklərin daşınması üçün mülki məqsədlərlə istifadə oluna bilər. Ermənistanın bu hərəkəti həm də üçtərəfli bəyanatın həmin maddəsini aşkar pozması deməkdir”. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO