Sabahdan 4 günlük bayram tətili başlayır

Sabahdan 4 günlük bayram tətili başlayır

Hazırda oxunan: Sabahdan 4 günlük bayram tətili başlayır

102941

Sabahdan Azərbaycanda dördgünlük bayram tətili başlayır. 

Bizim.Media xəbər verir ki, qeyri-iş günləri noyabrın 6-7-8-9-nu əhatə edəcək. 

Belə ki, Baş nazir Əli Əsədovun oktyabrın 18-də imzaladığı qərarla iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədi ilə noyabrın 7-si iş günü ilə noyabrın 5-i istirahət gününün yerləri dəyişdirilib. 

Noyabrın 6-sı bazar gününə təsadüf etdiyindən qeyri-iş günüdür. 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür. Beləliklə, noyabrın 6,7,8 və 9-da ölkədə qeyri-iş günü olacaq. 
Qeyd edək ki, növbəti iş günü noyabrın 10-da olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO