Dövlət sifarişli ali təhsil üçün ayrılan VƏSAİT ARTIRILIR 

Dövlət sifarişli ali təhsil üçün ayrılan VƏSAİT ARTIRILIR 

Hazırda oxunan: Dövlət sifarişli ali təhsil üçün ayrılan VƏSAİT ARTIRILIR 

102833

2023-cü ilin dövlət büdcəsində dövlət sifarişi ilə ali təhsilin maliyyələşdirilməsi və təhsil sahəsidə digər tədbirlər üçün ayrılan vəsait artırılır. 

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının 2023-cü ilin dövlət və icmal büdcələri üzrə layihədə qeyd edilib. 

Sənəddə bildirilir ki, dövlət sifarişi ilə ali təhsilin maliyyələşdirilməsi və təhsil sahəsiNdə digər tədbirlər üçün 414 milyon manat vəsait proqnozlaşdırılıb ki, bu da 2022-ci illə müqayisədə 17,1 milyon manat və ya 4,3 faiz çoxdur. 

Ümumilikdə, 2023-cü il üçün dövlət büdcəsinin gəlirləri 30,7 milyard manat proqnozlaşdırılır ki, bu da ölkə tarixinin ən yüksək göstəricisi olmaqla, 2022-ci illə müqayisədə 5,2 faiz, 2021-ci illə müqayisədə isə 16,4 faiz çoxdur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO