Prezidentinin köməkçisindən DƏSTƏK - “Halal olsun

Prezidentinin köməkçisindən DƏSTƏK - “Halal olsun "Qarabağ" 

Hazırda oxunan: Prezidentinin köməkçisindən DƏSTƏK - “Halal olsun "Qarabağ" 

102742

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov "Qarabağ" futbol komandasının son oyununu təqdir edib. 

Bizim.Media xəbər verir ki, bu barədə Şahmar Mövsümov rəsmi “Twitter” hesabında bildirib. 

“Halal olsun "Qarabağ" Futbol Klubu!!! Son saniyəyə qədər mübarizə aparan aslanlarımıza eşq olsun!”, - deyə Prezidentin köməkçisi qeyd edib. 

Qeyd edək ki, UEFA Avropa Liqasının qrup mərhələsində sonuncu oyununu keçirən "Qarabağ" Almaniyanın "Frayburq"u ilə 1:1 hesablı heç-heçə edərək Avropa Liqası ilə vidalaşıb. Komanda UEFA Konfrans Liqasının pley-offunda çıxış edəcək. 

Bizim.Media

 

 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO