Dilqəm Əsgərov və Şahbaz Quliyevin əsirlikdə qalmasına Avropa İttifaqı biganə olub -XİN

Dilqəm Əsgərov və Şahbaz Quliyevin əsirlikdə qalmasına Avropa İttifaqı biganə olub -XİN

Hazırda oxunan: Dilqəm Əsgərov və Şahbaz Quliyevin əsirlikdə qalmasına Avropa İttifaqı biganə olub -XİN

10267

“Avropa İttifaqının (Aİ) sözçüsü tərəfindən beş erməni hərbçinin azadlığa buraxılması ilə əlaqədar açıqlamanın verilməsi təəccüb doğurur. Məlum olduğu kimi, azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyev Ermənistan tərəfindən yeddi ilə yaxın müddət ərzində əsarətdə saxlanılıb və bu vəziyyətə Aİ biganə münasibət göstərib”.

Bizim.Media xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Avropa İttifaqının sözçüsünün erməni hərbçilərinin azadlığa buraxılması ilə əlaqədar açıqlaması ilə bağlı şərhində yer alıb.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan beş erməni əsirini geri qaytardı - YENİLƏNDİ - VİDEO


“Vurğulamaq istərdik ki, Aİ tərəfindən son hərbi əməliyyatlar zamanı Ermənistan tərəfindən “Smerç” raketlərindən istifadə edilərək Azərbaycanlı dinc insanların hədəfə alınması, 100-dən çox mülki şəxsin qətlə yetirilməsi, eləcə də ümumilikdə müharibə dövründə 4000-dən çox insanın itkin düşməsi ilə bağlı bu günədək hər hansı açıqlama verilməmiş, münasibət bildirilməmişdir.

Aİ tərəfinə xatırlatmaq istərdik ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə məqsədli şəkildə yeridilən 62 nəfər hərbi əsir deyil.

Onlar müharibədən az qala 20 gün keçdikdən sonra, hərbi əməliyyatların dayandırılması ilə bağlı üçtərəfli bəyanat imzalandıqdan sonra Azərbaycan ərazilərinə göndərilən Ermənistan hərbi qulluqçularıdır.

Onlar Azərbaycan Ordusunun olduğu ərazilərə müdaxilə etmişlər. Bu terrorçu-diversant qrupu tərəfindən törədilmiş terror aktları nəticəsində Azərbaycanlı hərbçilər Turan Əliyev, Rahil Əkbərov, Hacırza Rzayev, Raqib Əzizov həlak olmuş, bir nəfər mülki şəxs Seymur Rzayev ağır yaralanmışdır.

Nə beynəlxalq humanitar hüquqa, nə də heç bir konvensiyaya əsasən bu şəxslər hərbi əsir hesab edilmirlər. Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq, terror aktları törədən bu insanlar cinayət məsuliyyətinə cəlb olunublar və onların istintaqı davam etdirilir.

Aİ rəsmisinin Azərbaycanla bu tərzdə danışması qəbuledilməzdir. Azərbaycan yalnız bərabərhüquqlu münasibətləri qəbul edir. Kim Azərbaycanla bu şəkildə danışmağa cəhd edərsə, adekvat cavabla üzləşəcəkdir.

Qeyd etmək istərdik ki, bu birtərəfli və ikili standartlara əsaslanan yanaşma Aİ-nin Azərbaycanla əlaqələrinə xələl gətirə bilər", - deyə XİN-in açıalamasında bildirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO