Qubada Vətən Müharibəsi Qəhrəmanı və atasının xatirəsi anıldı – FOTO

Qubada Vətən Müharibəsi Qəhrəmanı və atasının xatirəsi anıldı – FOTO

Hazırda oxunan: Qubada Vətən Müharibəsi Qəhrəmanı və atasının xatirəsi anıldı – FOTO

102663

Qubanın Zizik kəndində Vətən Müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı Şahin Allahyarovun anım və onun bir həftə əvvəl qəfildən vəfat edən atası Hüseynbala Allahyarovun cümə axşamı keçirilib. 

Bizim.Media xəbər verir ki, mərasimdə Quba RİH başçısı Ziyəddin Əliyev, DSX-nin birləşmə komandiri, general-mayor Babək Qurbanov, yerli DTX rəisi, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və qazilər iştirak edib.

Ziyəddin Əliyev və Babək Qurbanov DSX-nin baş giziri olmuş, Şuşa döyüşlərində xüsusi şücaətinə görə Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülən Şahinin yaxınları ilə görüşərək onlara səbr, dözüm arzulayıb.
Şahin Allahyarovun və atası Hüseynbala Allahyarovun məzarları ziyarət edilib, məzarları önünə tər güllər düzülüb.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO