Xaricdən taxıl asılılığının azaldılması üçün proqram hazırlanacaq - RƏSMİ

Xaricdən taxıl asılılığının azaldılması üçün proqram hazırlanacaq - RƏSMİ

Hazırda oxunan: Xaricdən taxıl asılılığının azaldılması üçün proqram hazırlanacaq - RƏSMİ

102640

“Ölkəmizin idxal olunan ərzaqlardan asılılığının azaldılması istiqamətində Prezident tərəfindən müvafiq tapşırıq var”.

Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, taxılla əlaqədar asılılığın azaldılması üçün müvafiq proqram hazırlanacaq:

“Bu istiqamətdə müvafiq addımların atılması nəzərdə tutulub. Bu sahəyə dövlət büdcəsindən ayrılan vəsaitdə 20,5% artım var. Aqrar sahədə subsidiyaların nə qədər düzgün verilməsinə baxmaq lazımdır. Subsidiyalar dövlət büdcəsində nəzərdə tutulub. Bu sahəyə dəstək verilməsi hökumət tərəfindən vacib sayılır.
Dünya miqyasında ərzağın qiymətinin artması bizə də mənfi təsir göstərir, eyni zamanda bu, inflyasiyanın artmasına təsir göstərir. Onu da qeyd etməliyəm ki, inflyasiya təkcə Azərbaycana aid deyil. Dünyanın istisnasız bütün dövlətlərində hazırda olduqca böyük inflyasiya təzyiqləri yaşanır. İnkişaf etmiş ölkələrdə son 4 ildə görünməyən inflyasiya səviyyələri qeydə alınır.

Bu gün həmin ölkələrdə həyata keçirilən tədbirlərə baxmayaraq, bu səviyyə dəyişmir. Azərbaycanda isə inflyasiyaya qarşı dövlət tərəfindən tədbirlər görülür. Azərbaycanda inflyasiyanı cilovlayan kifayət qədər təsirli addımlar atılır. Digər tərəfdən, Azərbaycanda manatın məzənnəsi sabitdir.
Digər ölkələrdə məzənnələrdə xeyli dəyişikliklər baş verir. Dövlət tərəfindən bu sahədə də tədbirlər görülməklə sabit məzənnənin saxlanması üzrə konsensus var”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO