Azərbaycanda planlaşdırılan aksiyada adı hallanan İran səfirliyindən REAKSİYA 

Azərbaycanda planlaşdırılan aksiyada adı hallanan İran səfirliyindən REAKSİYA 

Hazırda oxunan: Azərbaycanda planlaşdırılan aksiyada adı hallanan İran səfirliyindən REAKSİYA 

102619

Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidməti İranın xüsusi xidmət orqanlarına işləyən Azərbaycan vətəndaşları ilə bağlı əməliyyat keçirib. Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı rəsmi məlumatda İranın Azərbaycandakı səfirliyinin də adı keçir.

Araşdırmalar zamanı məlum olub ki, İranın xüsusi xidmət orqanlarının təsir dairəsində saxlanılan və hərbi təlimlərə cəlb edilən Fəqan Sədrəddin oğlu Məmmədov Azərbaycanın bəzi rayonlarında keçirilməsi planlaşdırılan aksiyaların iştirakçılarına üzərində dini məzmunlu şüarlar yazılmış köynəklərin paylanmasını təşkil edib. Köynəklər isə İranın Azərbaycandakı səfirliyinə məxsus avtomobillə Azərbaycana çatdırılıb.
 

MÖVZU İLƏ BAĞLI:

DTX: Təxribat yönümlü nəşrlər İran səfirliyinin avtomobili ilə daşınıb - VİDEO


Azərbaycanda planlaşdırılan aksiyada İran səfirliyinin adının hallanması ilə bağlı məsələyə mövqe bildirilməsi üçün İranın Azərbaycandakı səfirliyinə müraciət etdik.

Səfirliyin mətbuat müşaviri Behnam Melikpur Bizim.Media-ya məsələ ilə bağlı rəsmi açıqlama olduqda bölüşəcəklərini bildirib. 

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO