Noyabrın 1-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Nazirliyində xüsusi əməliyyatla saxladığı bildirilən nazirin birinci müavini Elnur Əli oğlu Əliyev işinin başındadır.
Bizim.Media oxu.az-a istinadən xəbər verir ki, nazir müavini hazırda vəzifəsini icra edir.
MÖVZU İLƏ BAĞLI:
DTX-nin saxladığı vəzifəli şəxslərlə bağlı yeni məlumat — Yaxın qohumlardır...
Nazirliyin elə həmin gün saxlanılan Təchizat və əmlak şöbəsinin müdiri İlkin Nəsibov barəsində isə həbs qətimkan tədbiri seçilib. İstintaq davam etdirilir.
Bizim.Media