Dollarla bağlı MÜHÜM QƏRAR - FES-in uçot dərəcəsi 15 ilin ən pik həddinə qalxdı

Dollarla bağlı MÜHÜM QƏRAR - FES-in uçot dərəcəsi 15 ilin ən pik həddinə qalxdı

Hazırda oxunan: Dollarla bağlı MÜHÜM QƏRAR - FES-in uçot dərəcəsi 15 ilin ən pik həddinə qalxdı

102524

Ölkənin mərkəzi bankı funksiyalarını yerinə yetirən ABŞ-ın Federal Ehtiyat Sistemi (FES) iki günlük noyabr iclasının nəticələrinə əsasən, 75 baza bəndi - 3,75-4 %-dək artırıb. 

Bizim.Media xəbər verir ki, bu barədə FES-in saytında məlumat verilib. 

FES ardıcıl dördüncü dəfə uçot dərəcəsini artıraraq faiz dərəcələrini 15 ilin ən yüksək səviyyəsinə qaldırıb. 

“Komitə uzunmüddətli perspektivdə maksimum məşğulluq və 2 % inflyasiyaya nail olmağı hədəfləyir. Bu məqsədlərə dəstək olaraq komitə federal fondlar üzrə hədəf diapazonunu 3,75-4%-ə yüksəltmək qərarına gəlib”, - deyə açıqlamada qeyd edilib. 
Qeyd edək ki, FES-in faiz qərarından sonra dollar ucuzlaşır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO