İbrahim Çingiz İbrahimoviçin portretini ayağına DÖYDÜRDÜ - FOTO/VİDEO 

İbrahim Çingiz İbrahimoviçin portretini ayağına DÖYDÜRDÜ - FOTO/VİDEO 

Hazırda oxunan: İbrahim Çingiz İbrahimoviçin portretini ayağına DÖYDÜRDÜ - FOTO/VİDEO 

102522

Əməkdar artist Çingiz Əhmədovun aktyor oğlu İbrahim Çingiz yeni döyməsi ilə gündəmə gəlib.

Bizim.Media xəbər verir ki, sosial şəbəkə hesabında döyməsinin görüntülərini paylaşan futbolun dəlisov azərkeşi ayağına İtaliyanın "Milan" klubunun hücumçusu isveçli Zlatan İbrahimoviçin portrerini döydürüb.

İbrahim yeni döyməsi haqqında isə bunları yazıb:

"Bilmirəm, demişdim ya yox, mən Zlatan İbrahimoviçin fanatıyam. Uzun müddətdir onun portretini döymə etdirmək istəyirdim, amma inanmırdım ki, Azərbaycanda kimsə mənim istədiyim kimi işləyə bilər bu döyməni. Nəhayət arzuma çatdım. Hələ dərim sağalma dönəmindədir. Siz buna bir də 1 aydan sonra baxın". 

Qeyd edək ki, bu, İbrahim Çingizin ilk döyməsi deyil. Onun bədəninin müxtəlif yerlərində onlarla həm kiçik həm də böyük ölçüdə döymələri var. 

İbrahim Səməd Vurğun adına Rus Dram Teatrının aktyorudur.  

Rəşad Əliyev, Bizim.Media
 




 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO