Nadir xəstəliklər üçün nəzərdə tutulan dərmanların sayı artırıldı

Nadir xəstəliklər üçün nəzərdə tutulan dərmanların sayı artırıldı

Hazırda oxunan: Nadir xəstəliklər üçün nəzərdə tutulan dərmanların sayı artırıldı

102489

“Nadir hallarda rast gəlinən və spesifik müalicə tələb edən xəstəliklərin müalicəsi üçün nəzərdə tutulan dərman vasitələrinin siyahısı”nda dəyişiklik edilib. 

Bizim.Media xəbər verir ki, bununla bağlı Səhiyyə Nazirliyinin Kollegiyası müvafiq qərar qəbul edib. 

Dəyişikliyə əsasən, “Pulmozim/Pulmozyme” dərman vasitəsi həmin siyahıya əlavə edilib. Bununla da siyahıda yer ala dərmanların sayı 109-a çatıb. 
Qərarın icrasına nəzarət səhiyyə nazirinin müavini İlqar Qasımova həvalə edilib. 

Qeyd edək ki, “Pulmozim/Pulmozyme” dərmanı kistik fibroz və bəzi xroniki ağciyər xəstəliklərinin müalicəsində istifadə edilir.  

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO