Ermənilər Nikol Paşinyan Şuşanın erməni şəhəri olduğunu sözbəsöz bəyan etməsini istəyirlər.
Bizim.Media erməni saytlarına istinadən xəbər verir ki, Ermənistan ictimaiyyəti və hökumətə etiraz edənlər 1 əsas tələbi var.
MÖVZU İLƏ BAĞLI:
Paşinyanın mühafizəçisi jurnalistə hücum etdi – VİDEO
Ermənilər istəyir ki, baş nazirləri Nikol Paşinyan Şuşanın erməni şəhəri olduğunu bəyan etsin. Bu tələbi irəli sürənlər Paşinyanın bu açıqlamanı yazılı yox, hamının eşidə biləcəyi tərzdə, ucadan səsləndirməsini istəyirlər.
Bu tələblər Paşinyan parlamentdəki çıxışında Şuşanın Azərbaycan şəhəri olması barədə etirafından sonra baş verib. O, sonradan çıxışının səhv yozulmasında KİV-i günahlandırıb.
Bundan sonra erməni mediası onun canlı olaraq ''Şuşa erməni şəhəridir'' deməsini tələb edib.
Paşinyan isə son canlı çıxışında da bu ifadəni işlətməkdən çəkinib.
O bir dəfə bu səhvi Qarabağda edib, cəzasını da alıb. Sadəcə, erməniləri başa sala bilmir ki, qoyun oturmuşuq oturduğumuz yerdə. İlan vuran ala çatıdan qorxar.
Bizim.Media