Gənclər və İdman Nazirliyinin Aparat rəhbəri Rüfət Həsənovun işdən çıxarılması ilə bağlı məsələyə aydınlıq gətirilib.
Bizim.Media oxu.az-a istinadən xəbər verir ki, R.Həsənov Gənclər və İdman Nazirliyində işdən çıxarılmayıb.
O, Nazirlər Kabinetində yüksək vəzifəyə təyin olunub.
Qeyd edək ki, R.Həsənov nazirlikdə Aparat rəhbəri olub.
***
Gənclər və İdman naziri Fərid Qayıbov Azad Rəhimovun daha bir kadrını vəzifədən çıxartdı. Bu Nazirliyin Aparat rəhbəri Rüfət Həsənovdur.
Bizim.Media-nın əldə etdiyi məlumata görə Rüfət Həsənov mərhum Gənclər və İdman naziri Azad Rəhimovun əmri ilə 2016-cı ildə nazirliyin iqtisadiyyat şöbəsinin müdir müavini vəzifəsindən azad olunaraq Aparat rəhbəri təyin edilmişdi.
Fərid Qayıbovun müvafiq əmrinə əsasən Aparat rəhbəri vəzifəsnin icrası müvəqqəti olaraq Nazirliyin Gənclərlə iş şöbəsinin baş məsləhətçisi Fidan Rüstəmliyə həvalə edilib.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
İdman
14:21 / 02.11.2022
Aparat rəhbəri Nazirlər Kabinetində yüksək vəzifəyə təyin olunub - YENİLƏNİB
Hazırda oxunan: Aparat rəhbəri Nazirlər Kabinetində yüksək vəzifəyə təyin olunub - YENİLƏNİB
Hazırda oxunan: Aparat rəhbəri Nazirlər Kabinetində yüksək vəzifəyə təyin olunub - YENİLƏNİB
102424
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.