Prezident:

Prezident: "Azərbaycan mina terrorundan əziyyət çəkir"

Hazırda oxunan: Prezident: "Azərbaycan mina terrorundan əziyyət çəkir"

102341

"Azərbaycan mina terrorundan əziyyət çəkir". 

Bizim.Media  xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 1-də Əlcəzairdə keçirilən Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında çıxış edərkən deyib. 

"Bizim hazırda əziyyət çəkdiyimiz məsələ odur ki, Ermənistan işğal zamanı 1 milyondan artıq minanı torpaqlarımıza basdırıb. Müharibə bitdikdən sonra 260-da çox Azərbaycan vətəndaşı minanın qurbanı olub və yaxud müxətlif dərəcəli bədən xəsarətləri alıb", - deyə ölkə başçısı bildirib. 

İlham Əliyev həmçinin ermənilərin Azərbaycan torpaqlarının işğalı zamanı törətdikləri vandallıqlardan da danışıb: 

"Ermənistan Azərbaycana qarşı etnik təmizləmə siyasəti həyata keçirib. Azərbaycan torpaqlarında misli görünməmiş vandallıq aktları törədib. Azərbaycan 30 il ərzində işğaldan əziyyət çəkib. İki il əvvəl Azərbaycan münaqişəyə son qoydu. Biz ərazilərimizi işğaldan azad etdik, torpaqlarımıza qayıtdıq". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO