Türkiyə Silahlı Qüvvələrinin hərbi kontingenti 1 il də Azərbaycanda qalacaq

Türkiyə Silahlı Qüvvələrinin hərbi kontingenti 1 il də Azərbaycanda qalacaq

Hazırda oxunan: Türkiyə Silahlı Qüvvələrinin hərbi kontingenti 1 il də Azərbaycanda qalacaq

102322

Türkiyə Silahlı Qüvvələrinin hərbi kontingentinin Azərbaycan ərazisində xidmət müddəti daha bir il uzadılıb. 

Bizim.Media xəbər verir ki, bununla bağlı qanun layihəsi təsdiqlənib. 

Məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın adından təqdim olunmuş qanun layihəsi Türkiyə Böyük Millət Məclisinin Baş Assambleyasında qəbul olunub. 

Qanun layihəsinə əsasən, Ağdam rayonunda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzində fəaliyyət göstərən Türkiyə hərbçilərinin Azərbaycanda qalma müddəti daha bir il uzadılıb. 

Qərar Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım müqaviləsinə əsaslanır. Bu, atəşkəsin qorunması, təxribatların qarşısının alınması, regionda sülh və sabitliyin təmin olunması məqsədi daşıyır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO