Amerikalı repçi ÖLDÜRÜLDÜ – FOTO

Amerikalı repçi ÖLDÜRÜLDÜ – FOTO

Hazırda oxunan: Amerikalı repçi ÖLDÜRÜLDÜ – FOTO

102275

“Migos”un keçmiş üzvü, məşhur amerikalı repçi “Takeoff” Hyustonda gecə saatlarında güllələnib.

Bizim.Media “TMZ” nəşrinə istinadən xəbər verir ki, hadisə sənətçinin digər repçi “Quavo” ilə boulinq meydançasında olarkən baş verib.

Naməlum şəxs “Takeoff”a atəş açıb. TMZ yazır ki, 28 yaşlı musiqiçi yerindəcə dünyasını dəyişib.

Hadisə şahidləri müvafiq şəkillər çəkə biliblər. Fotoların birində repçi kluba gedir, digərində isə musiqiçi artıq öldürülüb.

Polis sənətçidən başqa daha iki nəfərin yaralandığını da bildirib. Onlar şəxsi avtomobillərlə xəstəxanaya aparılıb.

“Takeoff” 2008-ci ildə musiqi yaratmağa başlayan məşhur amerikalı repçidir. Sənətçi “Migos” hip-hop triosunun üzvü idi. 2018-ci ildən “Takeoff” solo karyerasına başlayıb.

Rəşad Əliyev, Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO