“Şahdəniz” üzrə dövlət büdcəsinə daxilolmalar KƏSKİN ARTACAQ

“Şahdəniz” üzrə dövlət büdcəsinə daxilolmalar KƏSKİN ARTACAQ

Hazırda oxunan: “Şahdəniz” üzrə dövlət büdcəsinə daxilolmalar KƏSKİN ARTACAQ

102270

Gələn il dövlət büdcəsinin “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən təbii qazın ixracı üzrə mənfəət vergisindən formalaşan daxilolması 2 875 mln. manat səviyyəsində ehtimal olunur, bu da bu ilin göstəricisi ilə müqayisədə 78,6% çoxdur.

Bizim.Media xəbər verir ki, bu barədə Hesablama Palatasının “2023-cü il dövlət büdcəsi haqqında” qanuna verdiyi rəydə bildirilib.

Rəydə qeyd olunur ki, “Şahdəniz” layihəsi üzrə HPBS (Hasilatın Pay Bölgüsü Sazişlərindən) mənfəət vergisi 1 610 mln. manat səviyyəsində nəzərdə tutulub.

Vurğulanır ki, neftin qiymətinin büdcədə ehtiyatlı yanaşma əsasında götürülməsi şəraitində növbəti ildə dövlət büdcəsində neft sektorunun payının cari ilə nisbətən azalacağı proqnozlaşdırılıb.

Rəyə əsasən, 2023-cü ildə dövlət büdcəsində neftin qiyməti 50 ABŞ dolları (2022-ci ildə ilkin olaraq 50 ABŞ dolları, dürüstləşmiş büdcədə 85 ABŞ dolları) nisbətində götürülmüşdür. Dövlət büdcəsi gəlirlərinin 16 297 mln. manatının və ya 53%-nin neft sektorunun payına düşməsi proqnozlaşdırılıb.
“2023-cü il üzrə nəzərdə tutulan neft sektoru üzrə daxilolmaların 11280,0 mln. manatının DNF (Dövlət Neft Fondu – red.) transfertlərinin 1650,0 mln. manatın ARDNŞ (SOCAR – red.) tərəfindən ödənilən vergilərin, 492,0 mln. manatının neft-qaz sahəsində fəaliyyət göstərən Hasilatın Pay Bölgüsü Sazişlərindən mənfəət vergisinin və 2875,0 mln. manatının "Şahdəniz" yatağından hasil edilən təbii qazın ixracı üzrə mənfəət vergisinin payına düşəcəyi ehtimal edilir”, - rəydə bildirilir.Cədvəl 20.

Neft sektoru üzrə ödənişlər, mln. manatla



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO