Oğuzda yüksək sürət səbəbindən qəza törədən sürücünün kimliyi BİLİNDİ 

Oğuzda yüksək sürət səbəbindən qəza törədən sürücünün kimliyi BİLİNDİ 

Hazırda oxunan: Oğuzda yüksək sürət səbəbindən qəza törədən sürücünün kimliyi BİLİNDİ 

102122

Oğuzda qəza zamanı xəsarət alan sürücünün şəxsiyyəti məlum olub. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, bu Oğuzun Kərimli kənd sakini 47 yaşlı Ağalar Həşimovdur. 

***20.17

Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz rayonunun Bayan kəndindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.   

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə axşam saatlarında qeydə alınıb.  

Belə ki, sərnişin daşınması ilə məşğul olan “Ford-Tranzit” markalı avtomobilin sürücüsü (şəxsiyyəti dəqiqləşdirilir) hərəkətdəykən qarşısındakı traktorun qoşqusuna çırpılıb.  

Minik avtomobilinin sürəti çox olduğundan qəzadan sonra avtomobil yolun kənarındakı palıd ağacına çırpılıb.  
Avtomobilin sükanı arxasında sıxılmış vəziyyətdə qalan sürücü hadisə yerinə cəlb edilən Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən çıxarılıb və elə oradaca ilkin tibbi yardım göstərilib.  

Daha sonra sürücü müalicə və müayinəsinin davam etdirilməsi üçün Şəki rayon mərkəzi xəstəxanasına göndərilib.  

Faktla bağlı Baş Dövlət Yol Polisi idarəsinin müvafiq bölməsində araşdırmalara başlanılıb. 

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO