Bayram günlərində neçə gün istirahət edəcəyik? – TARİXLƏR dəyişdi 

Bayram günlərində neçə gün istirahət edəcəyik? – TARİXLƏR dəyişdi 

Hazırda oxunan: Bayram günlərində neçə gün istirahət edəcəyik? – TARİXLƏR dəyişdi 

102102

Elm və Təhsil Nazirliyi noyabrın 5-9-da beş və altı günlük təhsil müəssisələrində iş günlərinin necə tənzimlənəcəyi ilə bağlı məlumat yayıb.

Nazirlikdən Bizim.Media-ya bildirilib ki, Nazirlər Kabinetinin qərarı ilə noyabrın 7-si iş günü ilə noyabrın 5-i istirahət gününün yerləri dəyişdirilib. .

Bununla əlaqədar beşgünlük iş həftəsi olan təhsil müəssisələrində noyabrın 5-i iş günü, noyabrın 6-9-u isə qeyri-iş günləri hesab edilir.

Altıgünlük iş həftəsi olan təhsil müəssisələrində noyabrın 5-i iş gününə (istirahət gününə deyil) təsadüf etdiyindən, növbəti həftənin bazar ertəsi – noyabrın 7-si iş günü, noyabrın 8-9-u isə qeyri-iş günləri hesab edilir. Bir sözlə, 5 və 7 noyabr məktəblərdə iş günləridir.
Qeyd edək ki, Baş nazir Əli Əsədovun imzaladığı qərarla 2022-ci il noyabrın 7-si iş günü ilə noyabrın 5-i istirahət gününün yerləri dəyişdirilib. Azərbaycanda 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür. Noyabrın 6-sı bazar gününə təsadüf etdiyindən qeyri-iş günüdür. Beləliklə, noyabrın 6,7,8 və 9-da ölkədə qeyri-iş günü olacaq. 

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO