Namiq Qaraçuxurlunun böyrəyində problem yaranıb - VİDEO

Namiq Qaraçuxurlunun böyrəyində problem yaranıb - VİDEO

Hazırda oxunan: Namiq Qaraçuxurlunun böyrəyində problem yaranıb - VİDEO

102029

“Türkiyədə bir studiya var, onlarla müqaviləm var. İcazəsiz heç bir verilişə çıxa bilmirəm. Onlar hansı verilişi məsləhət görürlərsə ora da çıxıram. Əsasən danışmaq proqramlarını məsləhət görməyiblər. Həmin verilişlərdə bir də görürsən ki, elə bir adamı səninlə üzbəüz qoyurlar ki, sənə heç bir adiyyatı yoxdur”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Namiq Qaraçuxurlu “Space maqazin” verilişində müsahibəsində deyib. 

Bir müddət əvvəl səhhətinin ağırlaşdığını bildirən sənətçi xəstəxanada deyil, evdə müalicə alaraq sağaldığını açıqlayıb.  

“Səhhətimdə 10 gün idi ki, problem vardı. Baş gicəllənməm, ürəkbulanmam var idi. Böyrəyimdən daş düşdü. Onunla da işim düzəldi. Əməliyyat olunmadım. Böyrəyimdəki daşın özü düşdü. Evdə iynə vurdular, gəzdim və daş böyrəyimdən düşdü. Üç kiloqram çəki atmışam.

Hazırda isə çəkim 81 kilodur. İki-üç gündən sonra vəziyyətim düzəldi, sonra yenə “pristupum” tutdu. Çarə tapa bilmədik. Sən demə böyrəyimdə daşa görə bu vəziyyətim ağırlaşmışdı. Səhhətim o qədər ağır idi ki, evdən çıxa bilmirdim ki, həkimə gedim”, - deyə Namiq bildirib. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO