Mətanət Əsədova: “Xəstələnəndə rəngim göyərmişdi, az qala ölmüşdüm” - VİDEO

Mətanət Əsədova: “Xəstələnəndə rəngim göyərmişdi, az qala ölmüşdüm” - VİDEO

Hazırda oxunan: Mətanət Əsədova: “Xəstələnəndə rəngim göyərmişdi, az qala ölmüşdüm” - VİDEO

101985

“Xəstələnəndə klinikada rəngim göyərmişdi. Az qala ölmüşdüm, “pristupum” tutmuşdu. Səhərə kimi o sancını çəkdim. Nə qədər iynə vurdularsa, xeyri olmadı. Heç kimin də xəbəri olmadı ki, qoyulan şlanq fırlanıb əməliyyat olunan yerə girib”. 

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Mətanət Əsədova qonaq olduğu “Zaurla Günaydın” səhər şousunda deyib. 

Aylar əvvəl bronxlarından və ürəklə ciyərin arasında aşkarlanan şişdən əməliyyat olunan sənətçi xəstəxanada vəziyyətinin ağırlaşdığını bildirib.  

“Həkim vəziyyətimi görüb söylədi ki, “Sən buna necə dözmüsən? Saat 8 idi, mən hələ də ağrıdan yata bilmirdim. Yatmağım üçün iynə vurdular, yenə də yata bilmədim. O günlər getsin, bir daha gəlməsin”. 
Qeyd edək ki, M.Əsədova daha əvvəl xəstəliyi ilə bağlı “Ağrılarım dözülməz idi. Zobum, bronxlarımda dörd ədəd şiş aşkarlandı. Ən böyük şiş isə ürəklə ciyərimin arasında idi. O şiş əməliyyat zamanı ortaya çıxdı. İndi həkimim özümü qorumağı məsləhət görür” açıqlamasını vermişdi. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO