Ötən gün 89 cinayətin üstü açılıb

Ötən gün 89 cinayətin üstü açılıb

Hazırda oxunan: Ötən gün 89 cinayətin üstü açılıb

101977

Oktyabrın 29-da və 30-da ölkə ərazisində qeydə alınan 79, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.    

Bizim.Media DİN-in Mətbuat Xidmətinin məlumatına görə, axtarışda olduğuna görə ümumilikdə 60, o cümlədən borclu şəxs qismində axtarışda olan 32 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.  

Narkotiklərlə əlaqəli 35, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 6 fakt müəyyən edilib. 

Cinayət törətməkdə şübhəli bilinən 68 nəfər saxlanılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO