Futbol üzrə Azərbaycan Premyer Liqasında XII turun daha bir oyunu keçirilib.
Bizim.Media xəbər verir ki, günün ilk matçında "Şamaxı" "Qarabağ"ı qəbul edib. Şamaxı şəhər stadionundakı görüş qonaqların 4:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları 51 və 90+3-cü dəqiqələrdə Musa Qurbanlı, 56-cı dəqiqədə Elvin Cəfərquliyev və 90+5-ci dəqiqədə Cəlal Hüseynov (avtoqol) vurub.
Ardıcıl 11-ci qələbəsini qazanan Ağdam klubu 33 xalla liderliyini davam etdirir. 4 xalı olan "Şamaxı" isə 9-cu pillədə qərarlaşıb.
Qeyd edək ki, XII turun digər matçlarında "Turan Tovuz" "Sumqayıt"ı 1:0, "Kəpəz" "Səbail"i, "Neftçi" isə "Zirə"ni 3 cavabsız qolla üstələyib. Tura bu gün keçiriləcək "Sabah" - "Qəbələ" oyunu ilə yekun vurulacaq.
Bizim.Media
![\ \](https://bizim.media/file/articles/2022/10/30/1667135147_photo_2022-10-30_15-23-42.jpg)
- A-
- A
- A+
İdman
17:09 / 30.10.2022
\"Qarabağ\" ardıcıl 11-ci qələbəsini qazandı
Hazırda oxunan: \"Qarabağ\" ardıcıl 11-ci qələbəsini qazandı
Hazırda oxunan: \"Qarabağ\" ardıcıl 11-ci qələbəsini qazandı
101913
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.