Mikayıl Cabbarov Qətər rəsmiləri ilə görüşdü - FOTO

Mikayıl Cabbarov Qətər rəsmiləri ilə görüşdü - FOTO

Hazırda oxunan: Mikayıl Cabbarov Qətər rəsmiləri ilə görüşdü - FOTO

101911

İqtisadiyyat naziri Mikayıl Cabbarov Qətər Əmirinin şəxsi nümayəndəsi ilə görüşüb.

Bizim.Media xəbər verir ki, bu barədə nazir “Facebook” hesabında paylaşım edib.

“Qətər Əmirinin şəxsi nümayəndəsi Şeyx Casim bin Həməd Al Tani ilə görüşümüzdə Azərbaycan və Qətər arasında ikitərəfli əlaqələrin, iqtisadi münasibətlərin yüksələn xətt üzrə inkişafını diqqətə çatdırdıq, qarşılıqlı faydalı əməkdaşlıq, həmçinin investisiya-ticarət və digər sahələrdə əlaqələrin genişləndirilməsi barədə müzakirələr apardıq”, - deyə M.Cabbarov qeyd edib.

Mikayıl Cabbarov Qətər İnvestisiya Qurumunun Baş icraçı direktoru ilə də görüşüb.

Görüş zamanı Qətər İnvestisiya Qurumunun Baş icraçı direktoru Mansur bin Ebrahim Al-Mahmudla ölkələrimizin iqtisadi əlaqələrinin gücləndirilməsi, Azərbaycan İnvestisiya Holdinqi və Azərbaycan İnvestisiya Şirkəti (Azerbaijan Investment Company OJSC - AIC) ilə birgə sərmayələrin təşviqi, bərpaolunanenerji sahəsində əməkdaşlığın genişləndirilməsi barədə müzakirələr aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO