Cavit Bağçı Qubada naməlum türk əsgərinin məzarını ziyarət etdi - FOTO

Cavit Bağçı Qubada naməlum türk əsgərinin məzarını ziyarət etdi - FOTO

Hazırda oxunan: Cavit Bağçı Qubada naməlum türk əsgərinin məzarını ziyarət etdi - FOTO

101906

Bu gün Türkiyənin Azərbaycandakı səfiri Cavit Bağçı Quba rayonuna səfər edib. Səfir əvvəlcə Qubanın İqriq kəndinə gəlib.

Bizim.Media xəbər verir ki, səfir başçılıq etdiyi nümayəndə heyətinin üzvləri və Quba RİN başçısı Ziyəddin Əliyev İqriq kənd  qəbristanlığında uyuyan 2 naməlum türk əsgərinin məzarını ziyarət edib.

Ziyəddin Əliyev türkiyəli diplomata rayonun dağlıq yaşayış məntəqələrindən birində də naməlum türk əsgəri məzarının olduğunu da deyib.

Bildirib ki,1918-ci ildə ermənilərin Quba qəzasına  hücumu zamanı köməyə gələn  türk hərbçilərinin məzarlarına rayonda xüsusi diqqət və  həssaslıqla yanaşılır.

Qeyd edib ki, Qubanın Susay kəndi ərazisində  naməlum türk əsgərinin qəbirüstü abidəsi də icra hakimiyyəti tərəfindən abadlaşdırılaraq bərpa edilib.

Daha sonra Türkiyənin Azərbaycandakı səfiri Quba Şəhidlər Xiyabanınına baş çəkib.
Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin məzarları önünə tər güllər düzüb. Cavit Bağçı Qubada yayımlanan "Qafqaz " turizm və biznes kanalına və "Bizim.Media" xəbər portalına müsahibə verib.

Müsahibəsində türkiyəli səfir ötən gün Bakıda Türkiyənin "Cümhuriyyət bayramı"ndan sonra bu gün Qubaya səfər etdiyini deyib və proqram çərçivəsində bir sıra yerlərə baş çəkəcəyini deyib.

Quba Şəhidlər Xiyabanında Azərbaycanın və Türkiyənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olan bütün hərbçilərin xatirəsi hörmətlə anılıb, ruhlarına dualar oxunub.

Daha sonra Türkiyənin Azərbaycandakı səfiri Cavit Bağçı və Quba RİH başçısı Ziyəddin Əliyev rayonun Aşağı Atuc kəndində yeni salınmış intensiv alma bağlarına və soyuducu anbara baş çəkiblər.

Cavit Bağçının Quba səfəri davam edir.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu




© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO