Xəbər verdiyimiz kimi, dünən Türkiyənin yerli avtomobili “Togg”un istehsal ediləcəyi zavodun açılışı olub. Bursa şəhərində yerləşən zavodun açılışı Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə baş tutub.
Bizim.Media xatırladır ki, Prezident təqdimat tədbirində sözlərinə Mustafa Kamal Atatürkü yad edərək başlayıb.
Bildirib ki, “Tayfun” istehsalına başlamağımız yunan televiziya kanallarında gündəm olmuşdu: “Onlara səslənmişdim, dayanın hələ, ardı gələcək”.
Qeyd edək ki, 2023-cü ilin sonunadək 25 minədək avtomobil istehsal edilməsi planlaşdırılır. Avtomobilin 2023-cü ilin əvvəlindən satışa çıxarılacağı gözlənilir.
2030-cu ilə qədər isə 1 milyon ədədə qədər avtomobil istehsal edilməsi planlaşdırılır.
Bizim.Media