Qərb mətbuatı: Azərbaycan uzunömürlülər diyarıdır - FOTO

Qərb mətbuatı: Azərbaycan uzunömürlülər diyarıdır - FOTO

Hazırda oxunan: Qərb mətbuatı: Azərbaycan uzunömürlülər diyarıdır - FOTO

101869

Avropa və ABŞ-ın tanınmış xəbər agentliklərindən biri olan “Royalsblue.com” saytında “Dünyanın ən yaşlı insanlarının yaşadığı kəndin sirri. Görünür, onlar uzun və sağlam ömür düsturunu kəşf ediblər” sərlövhəli məqalə dərc edilib.

Bizim.Media xəbər verir ki, məqalədə Azərbaycanın Lerik və Lənkəran rayonlarının uzunömürlülər diyarı olduğu vurğulanıb. Müəllif, həmçinin Uzunömürlülər Muzeyi haqqında ətraflı məlumat verib.

Qeyd edilib ki, Azərbaycan muzeyi və rəsmi statistikası “uzun ömür” dedikdə, 90 yaşdan yuxarı insan nəzərdə tutulur. 1991-ci ildə 63 min nəfər əhalisi olan Lerikdə yaşı 100-dən çox olan 200-dən çox uzunömürlü qeydiyyatdan keçmişdi.

Məqalədə vurğulanır ki, hazırda Lerikin ən yaşlı sakinlərindən biri 105 yaşı olan Raci İbrahimovadır. Bu, yaş baxımından yaxşı rəqəm olsa da, rayonun ən məşhur uzunömürlüsü, 168 yaşına qədər yaşadığı güman edilən çoban Şirəli Müslümovun yaşı ilə müqayisədə azdır.
Onun pasportunun sarı vərəqlərində 1805-ci ildə doğulduğu, məzar daşında isə 1973-cü ildə vəfat etdiyi göstərilir. Əgər bu doğrudursa, o, indiyə qədər yaşamış ən yaşlı insandır. Təəssüf ki, XIX əsrin əvvəllərində onun doğulduğu Barzavu kimi ucqar kəndlərdə doğum qeydləri nadir idi, buna görə də Şirəli Müslümovun nə vaxt doğulduğu barədə dəqiq məlumat yoxdur.

Məqalədə uzunömürlü insanlardan Lerikin Barzavu kəndinin sakini Həlimə Qəmbərova, Cəngəmiran kəndindən Məmmədxan Abbasov haqqında da məlumat verilib, onların həyat tərzi diqqətə çatdırılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO