Karateçilərimiz dünya çempionatında 1 qızıl, 2 bürünc medal qazandılar - FOTO

Karateçilərimiz dünya çempionatında 1 qızıl, 2 bürünc medal qazandılar - FOTO

Hazırda oxunan: Karateçilərimiz dünya çempionatında 1 qızıl, 2 bürünc medal qazandılar - FOTO

101860

Türkiyənin Konya şəhərində yeniyetmə və gənclər arasında dünya çempionatında karateçilərimiz uğurla çıxış edərək 1 qızıl, 2 bürünc medal qazanıblar.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı yeniyetmə və gənclərdən ibarət yığma komandanın baş məşqçisi Anar Allahverdiyev yayıb.

Onun sözlərinə görə, gənclərin yarışında (16-17 yaş) Fərid Savadov (55 kiloqram) qızıl, Rəşid Süleymanov (68 kiloqram) və yeniyetmələrdə (14-15 yaş) İsmayıl Xamoyev (52 kiloqram) bürünc medal qazanıblar.

Oktyabrın 30-da 18-20 yaşlı gənclər arasında Əminağa Quliyev (60 kiloqram) qızıl, Nuran Rzazadə (67 kiloqram), Hüseyn Hüseynzadə (84 kiloqram) və Osman Osmanlı (+84 kiloqram) üçüncü yerlər uğrunda qarşılaşmalarda iştirak edəcəklər.
Qeyd edək ki,105 ölkədən 1861 idmançının qatıldığı turnirdə Azərbaycan 28 idmançı ilə təmsil olunur.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO