Britaniya Hərbi Dəniz Qüvvələri bu il sentyabrın 26-da Baltik dənizində terror aktının planlaşdırılması, təmin edilməsi və həyata keçirilməsində iştirak ediblər.
Bizim.Media “Gazeta.ru”ya istinadən xəbər verir ki, bu sensasion iddia ilə Rusiya Müdafiə Nazirliyinin sözçüsü general-leytenant İqor Konaşenkov çıxış edib.
Saytın yazdığına görə, general iddia edir ki, bəhs olunan tarixdə “Şimal axını 1” və “Şimal axını 2”nin üç xəttində dağıntılar və qaz sızması qeydə alınıb.
"Seysmoloqlar qaz kəmərlərinin marşrutları boyunca iki partlayış qeydə alıblar. Rusiya Baş Prokurorluğunda beynəlxalq terror aktı ilə bağlı araşdırmalara başlanılıb. Hadisələrlə bağlı İsveç Prokurorluğu araşdırmaya başlayıb",-deyə rusiyalı general vurğulayıb.
Məlumata görə, Qaz kəmərlərinin operatoru "Nord Stream AG"dən bildirilib ki, qaz kəmərlərinin bərpasının vaxtını hələlik təxmin etmək mümkün deyil.
Elvira Murad, Bizim.Media
- A-
- A
- A+
Dünya
18:13 / 29.10.2022
Rusiya Britaniyanı Baltik dənizində terror aktı törətməkdə ittiham edir - DETALLAR
Hazırda oxunan: Rusiya Britaniyanı Baltik dənizində terror aktı törətməkdə ittiham edir - DETALLAR
Hazırda oxunan: Rusiya Britaniyanı Baltik dənizində terror aktı törətməkdə ittiham edir - DETALLAR
101820
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.