Nazir yüksək texnologiyalı protezlərlə təmin edilmiş hərbçilərlə görüşdü - FOTO 

Nazir yüksək texnologiyalı protezlərlə təmin edilmiş hərbçilərlə görüşdü - FOTO 

Hazırda oxunan: Nazir yüksək texnologiyalı protezlərlə təmin edilmiş hərbçilərlə görüşdü - FOTO 

101691

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində yüksək texnologiyalı protezlərlə təmin olunmuş, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərlə görüşüb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, görüşə Nazirliyin müxtəlif strukturlarında işlə təmin olunmuş Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) keçmiş hərbçiləri də qatılıb.

S.Babayev bildirib ki, Prezident İlham Əliyevin göstərişi ilə Vətən müharibəsindən sonra icra olunan geniş miqyaslı sosial dəstək paketi  şəhid ailələri, müharibə iştirakçılarından ibarət olmaqla artıq 119 min şəxsi əhatə edib, onlara dəstək yönümlü 243 min xidmət göstərilib.
Qeyd olunub ki, postmüharibə dövründə Nazirliyin reabilitasiya müəssisələrində müharibə ilə əlaqədar əlilliyi olan 2600-ə yaxın şəxsə reabilitasiya xidmətləri göstərilib, bu kateqoriyadan olan 1654 şəxsə isə 26260 reabilitasiya vasitəsi verilib.

Həmçinin bildirilib ki, Prezidentin tapşırığına əsasən, başlıca dəstək istiqamətlərindən biri də Zəfərimiz naminə şərəfli döyüş yolu keçərkən yaralanıb əzalarını itirmiş igid hərbçilərimizin son nəsil yüksək texnologiyalı protezlərlə təminatı olub.

2020-ci ildən bu proqrama başlanıb və artıq yekunlaşdırılıb. Eyni zamanda, bu proqram paralel olaraq Birinci Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxsləri də əhatə edib.

Ümumilikdə müharibə ilə əlaqədar əlilliyi olan 353 şəxs 368 ədəd yüksək texnologiyalı 4-cü nəsil müasir protezlə təmin edilib.

2018-2022-ci illərdə 12 reabilitasiya və sosial xidmət müəssisəsi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib və nəticədə reabilitasiya xidmətləri göstərilməsi üçün potensial 3,6 dəfə artıb.
Nazir Sahil Babayev və müasir protezlə təmin olunmuş hərbçilər, XTQ hərbçiləri yüksək texnologiyalı protezlərin istehsalı sexi ilə tanış olublar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO