Bərdə terrorunun qurbanları anıldı – FOTO 

Bərdə terrorunun qurbanları anıldı – FOTO 

Hazırda oxunan: Bərdə terrorunun qurbanları anıldı – FOTO 

101648

Ermənistan Silahlı Qüvvələrinin Bərdəyə raket hücumu nəticəsində həyatını itirənlərin xatirəsinə anım mərasimi təşkil olunub. 

Bizim.Media-nın Qarabağ bürosunun məlumatına görə, mərasim məhz terrorun törədildiyi və itkilərin daha çox olduğu meydanda baş tutub. Mərasimdə Rayon ictimayyətinin nümayəndələri, hüquq mühafizə orqanlarının əməkdaşları, Azərbaycan Respublikası Qeyri Hökumət təşkilatlarının nümayəndələri, hərbi qulluqçular, şəhid ailələrinin üzvləri, hadisənin şahidləri və rayon sakinləri iştirak edib.  

İştirakçılar terror qurbanlarının xatirə lövhəsi önünə gül dəstələri qoyaraq, sayqı duruşu ilə onların ruhuna ehtiram ifadə ediblər.

Çıxış edənlər ermənilərin tarix boyu Azərbaycana qarşı törətdiyi terror aktlarından geniş söhbət açaraq Bərdə terrorunun da növbəti erməni ənənəsinin olduğunu mərasim iştirakçılarının diqqətinə çatdırıb.  

Bərdə faciəsinin qurbanlarından biri də 29 yaşlı Vasif İsmayıllı olub. Bizim.Media-nın əməkdaşı ilə həmsöhbət olan Arzu xanım V.İsmayıllının anasıdır. O, Vasifin atasının 1993-cü ilin iyul ayında Ağdam şəhəri müdafiəsi uğrunda aparılan döyüşlərdə, məhz elə 29 yaşında şəhid oluduğunu bildirir. Həyat yoldaşını və oğlunu itrən qadın Erməni terrorunu qətiyyətlə pislədiyini, gələcəkdə belə hadisələrin baş verməməsini arzu edir...  

Şəhər mərkəzinə atılan qadağan edilmiş bombaların partlaması nəticəsində öz şəxsi maşınında faciəvi şəkildə həlak olan Məhərrəm Mustafayevin həyat yoldaşı da terror qurbanlarının anımında iştirak edib. O da digər müsahiblərimiz kimi terror aktını qətiyyətlə pisləyib. Və gələcəkdə bütün bunları törədənlərin qanun qarşısında cavab verəcəyinə ümid edir.  
Xatırladaq ki, 44 günlük Vətən müharibəsi zamanı Ermənistanın hərbi cinayətləri nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla 93 mülki şəxs həlak olmuş, 454 mülki vətəndaş yaralanmış, ümumilikdə 12292 yaşayış və qeyri yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə ziyan dəymiş, 1018 fermer təsərrüfatı üzrə zərər faktı aşkar edilmişdir.  

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO