Hesablama Palatasının Kollegiya üzvlərinin və struktur bölmə rəhbərlərinin iştirakı ilə videoformat şəklində növbəti Kollegiya iclası keçirilib.
Bizim.Media xəbər verir ki, Palatadan verilən məlumata görə, kollegiyada 2020-ci ilin İş Planında nəzərdə tutulmuş nəzarət tədbirinin nəticələrinə dair Auditor hesabatı müzakirə olunaraq müvafiq qərar qəbul edilib, eləcə də, Hesablama Palatasının 2021-ci il uzrə İş planına uyğun olaraq bir nəzarət tədbirinin proqramı təsdiq olunub.
Kollegiyanın sədri Vüqar Gülməmmədov bildirib ki, Hesablama Palatasının fəaliyyətinin gücləndirilməsi, dövlət maliyyə resurslarından daha rasional istifadə edilməsi həmçinin, ölkəmizdə son illərdə dövlət maliyyəsinin idarə edilməsinin təkmilləşdirilməsi istiqamətində aparılan islahatların hədəfləri nəzərə alınmaqla səmərəlilik (performans) auditi şöbəsinin yaradılması ilə bağlı qərar qəbul edilib.
Bu şöbənin yaradılması qabaqcıl təcrübəni, beynəlxalq metodologiyanı rəhbər tutmaqla dövlət vəsaitinin daha səmərəli, qənaətli və nəticəli istifadə olunmasına nəzarətin gücləndirilməsi məqsədini daşıyır.
Hesablama Palatasının sədri Palatanın fəaliyyətinin daha səmərəli həyata keçirilməsi üçün strukturun təkmilləşdirilməsi, bu istiqamətdə yeni yaradılmış Səmərəlilik auditi şöbəsinin işinin təşkili və icrası ilə bağlı qarşıda duran vəzifələr üzrə müvafiq tapşırıqlar verib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
18:45 / 29.01.2021
Hesablama Palatasında kollegiya iclası keçirildi - FOTO
Hazırda oxunan: Hesablama Palatasında kollegiya iclası keçirildi - FOTO
Hazırda oxunan: Hesablama Palatasında kollegiya iclası keçirildi - FOTO
10161
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.