Badamdarda ƏMƏLİYYAT - Narkotik alverçiləri saxlanıldı - VİDEO

Badamdarda ƏMƏLİYYAT - Narkotik alverçiləri saxlanıldı - VİDEO

Hazırda oxunan: Badamdarda ƏMƏLİYYAT - Narkotik alverçiləri saxlanıldı - VİDEO

101608

Səbail Rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsinin əməkdaşları tərəfindən Badamdar qəsəbəsi ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyat keçirilib.

DİN-dən Bizim.Media-ya verilən məlumata görə, tədbir zamanı narkotik maddələrin satışını həyata keçirən 4 nəfər – Aqil Əliyev, Səkinə Məmmədova, Rza Əliyev və Yasin Fərmanoğlu tutulublar. Həmin şəxslərdən 1 kiloqrama yaxın heroin, marixuana və psixotrop maddə olan metamfetamin aşkar edilib. Saxlanılanlar narkotikləri Səbail rayonu ərazisində satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər. 

Faktlarla bağlı toplanan materiallar Səbail RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Bu şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Səbail rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin tutulmaları istiqamətində polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir. Qeyd edək ki, oktyabr ayı ərazində Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 20 nəfər tutularaq istintaqa təqdim edilib. 

Bizim.Media
 




© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO