Bakıda Dünya Kuboku keçiriləcək - Hazırlıq gedir - FOTO

Bakıda Dünya Kuboku keçiriləcək - Hazırlıq gedir - FOTO

Hazırda oxunan: Bakıda Dünya Kuboku keçiriləcək - Hazırlıq gedir - FOTO

101420

Bakı İdman Sarayında keçiriləcək yunan-Roma güləşi üzrə Dünya Kubokuna hazırlıqlar davam edir.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasının mətbuat katibi Sərxan Musalı jurnalistlərə açıqlamasında bildirib.

O, qeyd edib ki, Azərbaycan daha əvvəl sərbəst güləş üzrə belə mötəbər yarışı qəbul etmişdisə, “klassik növ” üzrə bu, ilk olacaq:

“Son bir aydır ki, təşkilati işlər davam edir. Bu gündən isə Bakı İdman Sarayında tikinti-quruculuq işlərinə başlayırıq. İlk olaraq İdman Sarayını güləş yarışları üçün uyğun hala gətirəcəyik. Yəni güləş xalçaları quraşdırılacaq. Daha sonra isə digər texniki qurğular, detallar hazırlanacaq. Böyük monitorlar, bilbordlar və digər lazımi ləvazimatlar yerləşdiriləcək”. Report.az-ın məlumatına görə, Dünya Kuboku noyabrın 5-6-da keçiriləcək.

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO