“Futbolçularımın əllərindən gələni edəcəyinə əminəm” – Qurban Qurbanov “Nant”la qarşılaşmadan DANIŞDI 

“Futbolçularımın əllərindən gələni edəcəyinə əminəm” – Qurban Qurbanov “Nant”la qarşılaşmadan DANIŞDI 

Hazırda oxunan: “Futbolçularımın əllərindən gələni edəcəyinə əminəm” – Qurban Qurbanov “Nant”la qarşılaşmadan DANIŞDI 

101338

UEFA Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda “Qarabağ” “Nant”ın qonağı olacaq. 

Bizim.Media xəbər verir ki, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov oyundan əvvəl mətbuat konfransında iştirak edib.  

O, əvvəlcə matçla bağlı fikirlərini bildirib: 

“Çox önəmli bir oyundur. Matçın mahiyyətini başa düşürük. Qarşımızda çox istəkli komanda var. Çox istəkli rəqib var qarşımızda. Yaxşı nəticə üçün çalışacağıq. Cüzi üstünlük rəqib tərəfindədir, çünki doğma meydanda oynayır. Belə bir şəhərdə, bu azarkeşlər qarşısında yaxşı nəticəyə çalışacağıq. Futbolçularımın əllərindən gələni edəcəyinə əminəm”.  

- Sizin üçün hücumda, yoxsa müdafiədə oynayan komandaya qarşı oynamaq çətindir? 

- Deməzdim ki, hansısa rahat, hansısa asan olur. Baxır rəqib oynadığı oyunu necə ortaya qoyur. Rəqibin həm oyunçuları, həm taktikası güclüdür. Bakıda onların gücünü hiss etdik. 3:0 qalib gəlsək də, çətinliklərimiz çox olmuşdu. Əgər rəqib bizə böyük basqı göstərsə, daha yaxşı müdafiə olunmalıyıq. Bu cür rəqibə qarşı müdafiədə də, hücumda da oynamaq çətindir.  

- Siz deyirsiz ki, “Nant” güclü komandadır, amma evdə 3:0 uddunuz. Sizə görə favorit “Qarabağ” deyil? 

- Yox, düşünmürəm ki, favorit bizik. Rəqibə hörmət edirəm. Bakıda ilk hissədə qol epizodları çox idi. Amma bəxtləri gətirmədi. Buraxılan qollarda da kobud səhvləri oldu. Onlar son illərdə inkişaf edirlər. Avroliqa matçlarında favorit olmur. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO