Gediş haqqı 60 qəpik olacaq avtobuslar 12 yerdə dayanacaq - AÇIQLAMA + VİDEO

Gediş haqqı 60 qəpik olacaq avtobuslar 12 yerdə dayanacaq - AÇIQLAMA + VİDEO

Hazırda oxunan: Gediş haqqı 60 qəpik olacaq avtobuslar 12 yerdə dayanacaq - AÇIQLAMA + VİDEO

101278

Oktyabrın 27-dən yeni E1 ekspres marşrut xətti fəaliyyətə başlayacaq.

Bizim.Media xəbər verir ki, yeni təşkil edilən xətt üzrə avtobuslar metronun “Xalqlar Dostluğu” stansiyasından başlayaraq Qara Qarayev prospekti - “Koroğlu” metro stansiyası - Heydər Əliyev prospekti - Yusif Səfərov küçəsi - Neftçilər prospekti – Azneft dairəsi - Bibiheybət - Lökbatan Nəqliyyat Mübadilə Mərkəzi istiqamətində hərəkət edəcək. 

Marşrut xətti üzrə sərnişindaşımaları “BakuBus” MMC-nin istismarında olan avtobuslarla icra ediləcək. 

Bakı Nəqliyyat Agentliyinin məlumatına görə, ilkin mərhələdə daşımalara 10 ədəd avtobus cəlb ediləcək. Xətt üzrə avtobuslar səhər saat 06:30-dan axşam saat 18:30-dək fəaliyyət göstərəcək. Gediş haqqı 0.60 AZN olacaq.

Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev mövzu ilə bağlı Xəzər televiziyasına açıqlama verib.

Həmin açıqlamanı təqdim edirik:

Bizim.Media
 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO