NATO-dan Rusiya və İrana XƏBƏRDARLIQ

NATO-dan Rusiya və İrana XƏBƏRDARLIQ

Hazırda oxunan: NATO-dan Rusiya və İrana XƏBƏRDARLIQ

101271

“Rusiya Ukraynanı öz ərazisində “çirkli bomba” istifadə etməkdə günahlandırır. Bu yalandır”. 

Bizim.Media NATO-nun rəsmi saytına istinadən xəbər verir ki, bunu Alyansın Baş katibi Yens Stoltenberq deyib. 

O, NATO-nun bu cür saxta ittihamları rədd etdiyini bildirib: 

“Rusiya tez-tez başqalarını günahlandırırlar. Biz Suriyadan tutmuş Ukraynayadək bu tendensiyanın şahidi oluruq. Rəsmi Moskva durumu daha da gərginləşdirməmək üçün belə bəhanələrdən əl çəkməlidir”. 

Baş katib xatırladıb ki, son bir neçə gündə İranın Ukraynaya qarşı müharibədə Rusiyaya hərbi dəstək verdiyi məlum olub:

"Bu, qəbuledilməzdir. Heç bir ölkə bu cinayətkar müharibədə təcavüzkara kömək etməməlidir. Mən müttəfiqlərin və Avropa İttifaqının Tehrana qarşı sərt sanksiyalar tətbiq etməsi faktını alqışlayıram”. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO