Paşinyan Soçidə Putin və Əliyevlə görüşəcək

Paşinyan Soçidə Putin və Əliyevlə görüşəcək

Hazırda oxunan: Paşinyan Soçidə Putin və Əliyevlə görüşəcək

101224

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya ilə Azərbaycan liderləri - Vladimir Putin və İlham Əliyevlə görüşdə iştirak etmək üçün oktyabrın 31-də Soçiyə gedəcək. 

Bizim.Media "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan jurnalistlərə deyib. 

“Məndə olan məlumata görə, Baş nazir Soçiyə gedəcək. Görüşün baş tutacağına inanıram”, - o bildirib. 

Xatırladaq ki, Rusiya dövlət başçısı Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyanı Rusiyaya üçtərəfli görüşə dəvət edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO